Almaniyanın müdafiə naziri Boris Pistorius gənclər üçün məcburi hərbi qeydiyyatı bərpa etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə "Deutschen Presse-Agentur" (DPA) nəşri məlumat yayıb.
Qeyd olunur ki, sistem 13 il əvvəl ləğv edilib. İndi Almaniya Müdafiə Nazirliyi təxminən 400 min gəncdən müvafiq sorğular almağı planlaşdırır. Bu, məcburi hərbi xidmətin qaytarılması istiqamətində ilk addım ola bilər.
DPA-nın məlumatına görə, 100 min namizəd arasından təxminən 40 min nəfərin seçilməsi planlaşdırılır. Onlar Bundesverdə təlim keçəcəklər, onların xidməti altı və ya on iki ay davam edəcək.
Bəzi alman siyasətçiləri məcburi hərbi qeydlərin qaytarılması ideyasını dəstəkləməyib.
Gülayə Mecid