Kornell Universitetinin (ABŞ) Veyl Tibb Kollecinin mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu kosmik yüklərin kişi və qadın orqanizminə təsirini tədqiq ediblər. Nəticələr qadınların yerdənkənar missiyaların streslərinin öhdəsindən daha yaxşı gələ biləcəyini göstərib.

"Unikal" xəbər verir ki, tədqiqat "Nature Communications" (NatComms) elmi jurnalında dərc olunub.

Komanda 2021-ci ildə "SpaceX Inspiration4" missiyasında turist kimi kosmosa səyahət edən iki kişi və iki qadının sağlamlığını təhlil edib. Daha sonra məlumatlar 64 peşəkar astronavtın fəaliyyəti ilə müqayisə edilib.

Araşdırma nəticəsində məlum olub ki, kişilərdə gen aktivliyi qadınlara nisbətən daha çox pozulur və uçuş bitdikdən sonra normal vəziyyətə qayıtmaq daha uzun çəkir. 

Professor Kristofer Meysonun fikrincə, qadınlarda fiziologiya və maye dinamikasında dəyişikliklərə dözmək qabiliyyəti kosmosa uçuş zamanı stressi tənzimləmək üçün faydalı ola bilər. Eyni mexanizmlər hamiləlik dövründə də işləyir.

Gülayə Mecid