Yaxın zamanda Azərbaycan şirkətləri “Alibaba.com” saytında təmsil olunacaq.
"Unikal" xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı SIRI – “Ağıllı Sənaye Hazırlığı İndeksi” ilə bağlı vörkşopda çıxışı zamanı deyib.
“Bu il AZPROMO ilə “Alibaba.com” arasında memorandum imzalanıb. Yaxın zamanda Azərbaycan şirkətlərinin məhsulları bu platformada təqdim olunacaq. Əminəm ki, bu, bizim məhsullarımızın beynəlxalq bazara çıxışı və iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni imkanlar açacaq”, - deyə T.Hacılı əlavə edib.