Goranboyda 14 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə Nadirkənd kəndində baş verib.

Rayon sakini, 2010-cu il təvəllüdlü Abbasov Aydın Abbas oğlunun üzərinə yardımçı tikilidən mişar daşı düşüb. A.Abbasov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.