Filippin sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 33 km dərinlikdə yerləşib.
Hadisə nəticəsində hər hansı dağıntı qeydə alınmayıb.