Ermənistan və Azərbaycanın sülh müqaviləsi üzrə razılığa gəlməsinin vaxtı çatıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Ceyms O`Brayen deyib.
Onun fikrincə, Orta Asiyadan Aralıq dənizinə ticarət yolunun tikintisi üçün tarixi fürsət var: "Bu, o zaman baş verə bilər ki, Ermənistanla Azərbaycan arasında sülh olsun. Və bu, təkcə əsas ticarəti deyil, həm də bu marşrut boyunca yeni sənaye sahələrini açacaq.
Bu, indi baş verə bilər. Bir neçə ildən sonra o qədər də vacib olmaya bilər. Bir neçə il əvvəl bu mümkün deyildi. Mən də hesab edirəm ki, indi əla vaxtdır, çünki bu marşrutda yerləşən ölkələr Rusiyanın təsirini azaltmaq istəyir"
Onun sözlərinə görə, sonuncu demarkasiya tənzimləməsi müəyyən bir mübadilə idi: "Ermənistan onları (Qazaxın 4 kəndini - red.) tərk etməli olduğunu bilirdi və Azərbaycan Ermənistanın qəbul edəcəyini bildikləri demarkasiya xəttinə, Alma-Ata Bəyannaməsinə razı oldu. Ona görə də hər bir tərəf kompromis əldə etdi. Hesab edirəm ki, bu cür yeni tələblər irəli sürmək, sonra əlavə danışıqlar aparmaq tərzinə nə vaxtsa son qoyulmalıdır. Fikrimcə, biz uğurlu sazişin təxmini konturunu artıq bilirik. İndi isə problem tərəflərin razılığa gəlməyin vaxtının çatdığını qəbul etmələridir".
Ağarza Elçinoğlu