Sosial şəbəkələrdə öz qızının qeyri-əxlaqi görüntülərini paylaşan ana məsuliyyətə cəlb olunacaq, hazırda təhqiqat araşdırılması aparılır.

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Unikal"a verilən məlumata görə, azyaşlı isə sığınacağa yerləşdirilib.

Qeyd edilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə ananın azyaşlı qızının qeyri-əxlaqi hərəkətilərini əks etdirən görüntülərini yaymasından dərhal sonra faktın araşdırırlması ilə bağlı aidiyyəti qurumlara müraciət etmişdir.

Azyaşlı və valideyni ərazi üzrə polis bölməsinə dəvət edilmiş, sonra uşaq anadan alınaraq Sosial Xidmətlər Agentliyinin sığınacağına yerləşdirilmişdir. Ana ilə bağlı araşdırma davam edir.

***15:23

Sosial şəbəkələrdə azyaşlı ilə qadının qeyri əxlaqi hərəkətlərini əks etdirən görüntülər araşdırılıb. 

"Unikal"ın məlumatına görə, qadının şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən olunaraq o, saxlanılıb. Araşdırmalarla görüntülərdə əks olunan qadının 56, azyaşlının 8 yaşı var. Azyaşlı onun övladıdır. 

Qadın məsuliyyətə cəlb edilib, araşdırmalar davam edir. 

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Gülayə Mecid