Tovuzda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndidə qeydə alınıb. Hərəkətdə olan Shacman markalı yük maşını yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü Bakı şəhər sakini 1989-cu il təvəllüldü Elburus Nurməmmədov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov