Peroral endoskopik miotomiya (POEM) proseduru axalaziya və yemək borusunun bəzi funksional xəstəliklərində tətbiq olunan müasir endoskopik müalicə üsuludur.

"Unikal" xəbər verir ki, axalaziya qida borusu və qida borusunun mədə ilə birləşdiyi hissədəki əzələlərə və sinirlərə təsir göstərən bir xəstəlikdir. Axalaziya xəstələrin şikayətləri 90/100 disfagiyadır. Disfagiya – yəni udqunmanın çətinləşməsidir.

Axalaziya xəstəliyində diaqnostikasında üçün ən doğru və etibarlı üsul yüksək dəqiqlikli  ezofagial (qida borusu) manometriya müayinəsi Diaqnoz Tibb Mərkəzində icra edilir.

Müalicəsi gecikilən bəzi xəstələrdə qida borusunda yığılan qidalar ağciyərə geri qayıdaraq həyati təhlükəli aspirasiya pnevmoniyası kimi hallara da səbəb ola bilər. Diaqnoz Tibb Mərkəzinin Qastroenterologiya şöbəsinin müdiri Rəfael Həsənov tərəfindən POEM əməliyyatı icra edilir.

► POEM hansı xəstəliklərdə icra olunur?

Yeməkdən sonra udmaqda çətinlik, yeməkdə sıxılma hissi və sinədə toxluq, narahatlıq, ağızdan qidaların geri dönməsi, udma nəticəsində ağciyər infeksiyaları, ağız qoxusu və sinə ağrısı kimi əlamətləri olan axalaziyanın müalicəsi metodudur.

POEM üsulu, normal endoskopiya kimi ağızdan daxil olunur və yemək borusundakı problemli əzələlər kəsilir, pasiyent heç bir tikiş, sarğı və ya yara izi olmadan həmin qısa müddətdə evə göndərilir.

Çağrı mərkəzi: 904

Mobil: +994 55 754 43 03
E-mail: [email protected]
Sayt: www.diaqnoz.az

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C.