Balakəndə fərdi yaşayış evini ildırım vurub.

"Unikal" xəbər verir ki, qeyri-adi təbiət hadisəsi rayonun Xalatala kəndində baş verib.

Belə ki, ildırım kənd sakini Ruslan Maçanova məxsus evə düşərək evin elektrik sistemini tamamilə sıradan çıxarıb, 140 kvadrat metrlik evin yataq otağına və vanna otağına ciddi zərər yetirib. Nəticədə ev sahibinə təxminən 7-10 min manat civarında maddi ziyan dəyib. 

Daha sonra ildırım topu divarı dağıdaraq evdən çıxıb və yaxınlıqdakı ağaca dəyib.

Hadisə zamanı ailə üzvləri evdə olsalar da, xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Evdə qısa müddətli yanğın baş versə də, ev sahibəsinin çevikliyi nəticəsində evin tamamilə yanmasının qarşısı alınıb.

Aidiyyatı qrumlar evə baxış keçirib, hadisənin necə və hansı şəraitdə baş verdiyi araşdırılır.

Seymur Əli