Almaniyanın Gelzenkirxen şəhərində futbol azarkeşləri ilə bağlı daha bir fövqəladə hadisə baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yerli barlardan birində İngiltərə komandasının azarkeşləri Serbiya komandasının azarkeşlərinə hücum edib.
Onları ayırmaq üçün 200 polis əməkdaşı gəlib. Nəticədə hər şey kütləvi dava ilə başa çatıb, nəticədə bir ingilis və bir hüquq-mühafizə orqanı əməkdaşı ağır yaralanıb.
Xatırladaq ki, Avro-2024-ün qrup mərhələsinin İngiltərə və Serbiya görüşü bu gün, iyunun 16-da baş tutacaq.
Həmçinin turnirin üçüncü oyun günündə Niderland Polşaya qalib gəlib (2:1). Bu dəqiqələrdə Sloveniya - Danimarka matçı keçirilir. İlk hissə davam edir, hesab 1:0 danimarkalıların xeyrinədir.