Xaçmaz rayonunun Niyazova kəndində bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Unikal”ın məlumatına görə, “Mercedes” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq, yolun kənarındakı dərəyə aşıb.

Hadisə nəticəsində Xaçmaz rayon sakini - 1959-cu il təvəllüdlü Əhmədov Qabil Əzizağa oğlu hadisə yerində ölüb.

Avtomobildə olan digər sərnişinlər, Xaçmaz rayon sakinləri - 1957-ci il təvəllüdlü Əhmədov Əkrəm, 1959-ui il təvəllüdlü Əhmədova Rəhilə və 1960-cı il təvəllüdlü Əhmədova Mafizə müxtəlif dərəcəli bədən xəsarətlər alıblar.

Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləri olublar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca