Rusiya prezidenti Vladimir Putin müdafiə nazirinə yeni müavinlər təyin edib.

"Unikal" xəbər verir ki, Rusiya liderinin sərəncamı ilə Leonid Qornin müdafiə nazirinin birinci müavini, Anna Tsivileva və Pavel Fradkov isə nazir müavinləri təyin ediliblər.

Rusiya dövlət başçısının digər sərəncamlarına əsasən, Nikolay Pankov, Ruslana Tsalikova, Tatyana Şevtsova və Pavel Popov müdafiə nazirinin müavini vəzifələrindən azad olunublar.