"KTMT-dən çıxıb-çıxmamaq qərarını Ermənistan hökuməti özü verməlidir və biz bu qərarlara hörmətlə yanaşırıq".

"Unikal" xəbər verir ki,  bu barədə ABŞ Dövlət Departamenti "Amerikanın Səsi" radiosunun erməni xidmətinin sorğusuna cavab olaraq bildirib.

"Biz Rusiyanın hərbi mövcudluğunun Cənubi Qafqazın daha dinc və sabit regiona çevrilməsinə kömək etdiyini göstərən heç nə görməmişik", - deyə məlumatda qeyd olunub.