Türkiyədə bloger Diamond Tema barəsində həbs-qətimkan qərarı çıxarılıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri məlumat yayıb.
Buna səbəb "Yer6" sosial media kanalında bloggerin İslam tarixinə aid fikirləri olub.
Ədliyyə naziri Yılmaz Tunç bildirib ki, Diamond Tema ölkədə deyil, lakin onunla bağlı hüquqi prosedur davam etdiriləcək.
"İslam dini və sevimli Peyğəmbərimizlə bağlı səsləndirilən təxribatçı və çirkin ifadələr heç vaxt qəbuledilməzdir. İstintaq ciddi şəkildə aparılır", - deyə Tunç bildirib.