Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turuna start verilib.
"Unikal" xəbər verir ki, günün ilk qarşılaşması B qrupunda Xorvatiya və Albaniya yığmaları arasında olub.
İlk turu məğlubiyyətlə başa vurmuş komandaların dueli 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 10-cu dəqiqədə Albaniya seçməsinin heyətində Qazim Laçi açıb. 74-cü dəqiqədə Andrey Kramariç hesabı bərabərləşdirib. 76-cı dəqiqədə Klaus Qyasula avtoqol müəllifi olub. Matçın yekun nəticəsini də 90+5-ci dəqiqədə Klaus Qyasula müəyyənləşdirib.
A qrupunda keçiriləcək oyunlarda isə Almaniya Macarıstanı, İsveçrə isə Şotlandiyanı sınağa çəkəcək. Matçlar müvafiq olaraq, saat 20:00 və 23:00-da start götürəcək. Hazırda ev sahibləri 3 xalla qrup lideridir. Eyni xala malik isveçrəlilər 2-ci pillədə qərarlaşıblar. Macarıstan və Şotlandiyanın isə xalı yoxdur.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.