Rusiyanın Bolşeokhtinskoye qəbiristanlığında çılpaq şəkildə fotosessiya edən rəssam Anna Panteleyeva bir ay müddətinə həbs edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Sankt-Peterburqun Krasnoqvardeyski Məhkəməsinin çıxardığı qərara görə, gənc rəssam iyulun 17-dək həbsdə olacaq. 

İstintaqın məlumatına görə, iyunun 17-də 22 yaşlı Panteleyeva bir qrup naməlum şəxslə birlikdə qəbiristanlıqda olub və orada mərhumun dəfni fonunda xristian simvollarından və əşyalarından istifadə etməklə çılpaqlıq elementləri ilə fotosessiya aparıblar. Bundan sonra onlar foto və videoları internetdə yerləşdiriblər.

Seymur Əli