ABŞ-dən olan altı bacı dünyanın ən yaşlı bacısı kimi Ginnesin Rekordlar Kitabına düşüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, altı bacının ümumi yaşı 571 il 293 gündür. Onların hər birinin yaşı 88-101 arasındadır.
Doğulandan bəri Amerikalı qadınlar İkinci Dünya Müharibəsi və son COVID-19 pandemiyası da daxil olmaqla bir çox mühüm hadisələrlə üzləşiblər.
Bildirilir ki, qadınlar çox vaxt nömrəli köynəklərlə səyahət edirlər. Onların üzərindəki rəqəmlər yaşlarına görə nömrələnməni göstərir.