Aİ və NATO-nun bir hissəsi olan Estoniya Fransadan 12 ədəd “Sezar” özüyeriyən artilleriya sistemi alacaq. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Estoniya Müdafiə İnvestisiya Mərkəzi 2024-cü ilə qədər 6 ədəd 155 mm-lik özüyeriyən silahın gətirilməli olduğunu bildirib, qalanı isə 2025-ci ilin ortalarına qədər gətiriləcək. 

Silahın qiyməti açıqlanmayıb.

Xatırladaq ki, Fransa adıçəkilən silahlardan Ermənistana da verib. Onlar 15 ay ərzində İrəvana çatdırılacaq. 

Ağarza Elçinoğlu