Ötən gün Füzuli-Ağdam yolunda baş verən qəzada həyatını itirənlər hərbçilər imiş.

"Unikal" xəbər verir ki, bu barədə "Hərbi Azərbaycan" Teleqram kanalı məlumat yayıb.

Belə ki, hadisə ötən gün Füzuli-Ağdam yolunun 30-cu kilometrliyində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı minik maşını yol tikintisi texnikasına çırpılıb. Nəticəsində minik maşınında olan Murad Aydın oğlu Müsadirov və Kənan Tapdıq oğlu Mustafayev aldıqları xəsarətdən ölüblər.

Dünyasını dəyişən hər iki şəxs hərbi qulluqçudur.