"Növbədənkənar seçkilərin keçiriləcəyi təqdirdə müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkilləri məhz bu ərazilərdə keçirilən səsvermə zamanı seçiləcəklər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib.
"Müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində 2024-cü ildə keçirilmiş Prezident seçkilərindən sonra bu, Azərbaycan tarixinin daha bir mühüm siyasi hadisəsi olacaq", - deyə deputat bildirib.
Anar Kəlbiyev