Türkiyəli aktyor Tolqa Sarıtaş evlənir.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor dizayner nişanlısı Zeynəb Mayrukla ailə həyatı qurur.

Cütlük iyunun 27-də Alaçatıda nikah masasına əyləşməyə hazırlaşır. 

Qeyd edək ki, 4 ildir münasibətdə olan cütlük 4 ay əvvəl nişanlanıb.