“Neftçi” yarımmüdafiəçisi Eddi İsrafilovla yollarını ayırıb.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı futbolçunun başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, 2022-ci ilin yanvarında "Neftçi"yə transfer olunmuş İsrafilov bu müddət ərzində 71 oyunda 7 qol vurub.