Rusiya Ədliyyə Nazirliyi kinorejissor Roman Kaçanovu xarici agentlərin reyestrinə daxil edib.
"Unikal" xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilir.
"R.R.Kaçanov Ukraynada keçirilən xüsusi hərbi əməliyyata qarşı çıxıb, Rusiya Federasiyasını terror dövləti kimi tanıyıb. Rusiya Federasiyası, eləcə də Rusiya Federasiyası Silahlı Qüvvələri haqqında mənfi imic yaratmağa yönəlmiş yalan məlumatlar yayıb”, - məlumatda deyilir.
Kaçanov Rusiyada yaşamır.
Bundan başqa, xarici agentlərin reyestrinə siyasi strateq Sergey Antonov, Sankt-Peterburq bələdiyyəsinin deputatı Vladimir Voloxonski, Sankt-Peterburq bələdiyyəsinin keçmiş deputatı Nikita Kirillov, habelə hüquqşünas Aleksey Pryanişnikov da əlavə edilib.