Rusiya prezidenti Vladimir Putin Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov Aleksandrı "Nevski" ordeni ilə təltif edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

"Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsində böyük xidmətlərinə və uzun illər vicdanlı diplomatik xidmətinə görə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail İvanoviç Evdokimova “Aleksandr Nevski” ordeni ilə təltif edilsin”, - məlumatda qeyd olunub.