60 yaşında uşaq dünyaya gətirən və 9 il sonra dünyasını dəyişən polşalı aktrisa Barbara Senkeviçin əkizləri uşaq evinə göndərilə bilər.
"Unikal" xəbər verir ki, bu barədə Poşa mətbuatı məlumat yayıb.
Hazırda uşaqlar müvəqqəti olaraq himayədar ailəyə verilib, lakin məhkəmənin qərarı ilə onların uşaq evinə verilə biləcəyi istisna edilmir.
Aktrisa əkizlərin qəyyumu kimi görmək istədiyi şəxsin adının yazıldığı vəsiyyətnamə qoyub Həmin şəxs aktrisanın rəfiqəsidir.
Lakin məhkəmənin ona uşaqların qəyyumluğunu almasına icazə verəcəyi gözlənilmir.
Artıq bu iş üzrə ilk məhkəmə iclası təyin edilib. Mütəxəssislər, aktrisanın uşaqların qəyyumluğu ilə bağlı qoyduğu vəsiyyətin əsas faktor kimi çıxış etməyəcəyini bildirirlər.