71 yaşlı qadın gözəllik ABŞ-də keçiriləcək  müsabiqəsinin ən yaşlı iştirakçısı kimi tarixə düşəcək.

"Unikal" xəbər verir ki, Marissa Teyxo bu həftə sonu Hyustonda "Miss Texas" ABŞ müsabiqəsində yarışan digər iştirakçılara qoşulub.

Qalib Texası "Miss USA" müsabiqəsində təmsil edəcək.

Qeyd edək ki, "Kainat gözəli" yarışmasının təşkilatçıları bu yaxınlarda müsabiqə qaydalarınə dəyişib.

Belə ki, 18 yaşdan yuxarı müsabiqə iştirakçıları üçün yaş məhdudiyyətləri aradan qaldırılıb, evli, boşanmış və hamilə qadınların iştirakına icazə verilib.