Müasir həyatın xaosunda tək olmaq çox vaxt mənfi hal kimi qəbul edilir. Ancaq tək vaxt keçirmək şəxsi inkişaf və mənəvi tarazlıq üçün fürsət təqdim edir. Bəs, tək olmaq insana nə fayda verə bilər? 

"Unikal" təkliyin insana 5 faydasını təqdim edir:

1. Məhsuldarlığınızı artıra bilər

Diqqət dağıdan ünsürlərin aradan qaldırılması məhsuldarlığı artıra bilər. Əgər başqaları ilə birlikdə olmağa öyrəşmisinizsə, tək olduğunuz zaman işlərinizi görməkdə çətinlik çəkə bilərsiniz, lakin təcrübə ilə məhsuldar olmaq üçün başqalarından asılı olmamalısınız.

2. Özünüzü kəşf etməyə kömək edə bilər

Özünüzlə tək qalmaq yeni şeylər sınamaq, bilik əldə etmək və hətta özünü ifadə etməyin yeni üsullarını tətbiq etmək üçün faydalı ola bilər. Yalnız olduğunuz zaman başqalarının edə biləcəyi təzyiqlər və mühakimələr olmadan özünüzü kəşf edə bilərsiniz. Beləliklə, tək qalmaq şəxsi inkişafınıza daha yaxşı təsir edə bilər.

3. Yaradıcılığınızı artıra bilər

Yalnız qalmaq zehninizi inkişaf etdirmək və yaradıcılığınızı gücləndirmək üçün yaxşı bir fürsət ola bilər. "Personality and Individual Differences" jurnalında dərc edilən araşdırmalar göstərir ki, tək olmaq beyindəki yaradıcılıq prosesini gücləndirməyə kömək edir.

4. Hobilərinizə vaxt ayırmağınıza kömək ola bilər

Tək vaxt keçirməyi seçmək, başqalarının seçimlərini və ya fikirlərini nəzərə almadan sizi xoşbəxt edən şeylər etmək fürsəti verir. Bundan əlavə, tək olduğunuz zaman sizi xoşbəxt edən hobbilərinizə vaxt ayırmaq sizin üçün daha asan olur.

5. Başqaları ilə münasibətlərinizin keyfiyyətini dəyişə bilər

Tək vaxt keçirmək insanın özünün şəxsiyyətinin fərqləndirməsini və başqaları ilə birlikdə şəxsiyyət hissini qoruyub saxlamaq qabiliyyətini təkmilləşdirməklə uzunmüddətli perspektivdə münasibətlərini gücləndirməyə kömək edir. Beləliklə, tək vaxt keçirmək insanın özünüdərketmə və emosiyaları ilə uyğunlaşma qabiliyyətini artırdığı üçün ətrafdakılara fərqli baxmağa imkan verdiyi üçün onun empatiya qabiliyyətini də təkmilləşdirir.

Zərifə Nağıyeva