AFFA-nın İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib.
“Unikal” xəbər verir ki, cəzaya məruz qalan komandalardan biri U-17, digəri U-16 Liqası iştirakçısıdır.
U-17 Liqasında iyunun 20-də keçirilməli olan “Kəpəz” - “Zirə” matçı qonaqların təyin edilən vaxtda meydana çıxmaması səbəbindən baş tutmayıb. Nəticədə “Zirə” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-16 Liqasında isə “Masallı” klubu “Atletico Baku” ilə matçda oyunu buraxmalı olan Ruslan Abdulxalıqovun xidmətindən istifadə etdiyinə görə cəzalanıb. Bölgə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.