SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) "SPE BHOS" komandası ABŞ-də Azərbaycanı təmsil edəcək. 

"Unikal" xəbər verir ki, tələbələr "PetroBowl" yarışının Qazaxıstanda keçirilən regional turunu udaraq finala vəsiqə qazanıblar. Onlar Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbələri Aminə Rəhmanova, Firuzə Əzizova, Orxan Nəsibov, Ramin Əsgərli və Xanlar Məmmədzadədir.  

Yarışma “Chevron” şirkətinin dəstəyi və Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə baş tutur. 

Hər il beynəlxalq səviyyədə müxtəlif ölkələrdə keçirilir.