Dağıstanın Serqokalinski rayonunun keçmiş rəhbəri Maqomed Ömərov xırda xuliqanlıq maddəsi ilə on sutka müddətinə həbs edilib.

"Unikal" xəbər verir ki, Ömərov terrorçulara kömək etməkdə ittiham olunur: onun iki oğlu Dağıstanda terror aktları həyata keçirən qruplaşmanın üzvləri olub.

Ömərov oğullarının radikal fikirlərini bilməkdə və tədbir görməməkdə ittiham olunur.