Keniyada hökumət əleyhinə etirazlar fonunda fövqəladə vəziyyət elan edilib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş katibi Aden Bare Duale fərman verib.

Qeyd olunub ki, tətbiq edilən fövqəladə vəziyyət "bütün Keniyada davam edən etirazlar, ölkənin infrastrukturunun məhvinə səbəb olan" etirazlarla bağlıdır.

Xatırladaq ki,Keniyanın paytaxtında 2024-cü il büdcə layihəsinin müzakirə edildiyi ölkə parlamentinə basqın edən azı 10 etirazçı polis tərəfindən güllələnib.

Bu gün minlərlə insan etiraz aksiyası keçirərək siyasətçilərdən mübahisəli büdcə layihəsində təklif olunan yeni vergilərin əleyhinə səs vermələrini tələb edib. Lakin sənəd təsdiqləndikdən sonra nümayişçilər parlament binasına basqın ediblər. Qiyam edən keniyalılar tüstü bombalarını partladıblar. Parlamentə hücum zamanı polis atəş açmağa məcbur olub. Ən azı 50 nəfər yaralanıb.

Qəbul edilmiş qanun layihəsində yeni vergilər, o cümlədən ekoloji vergi, çörəyin alışına görə 16 faiz ƏDV, nəqliyyat vasitələrinə 2,5 faiz vergi nəzərdə tutulur. Artıq onları ləğv edəcəklərinə söz veriblər.

Diplomatlar vəziyyəti son dərəcə gərgin kimi qiymətləndirirlər.