Almaniyada keçirilən Avropa çempionatının F qrupunun son turunda üz-üzə gələn Çexiya və Türkiyə yığmaları arasındakı oyun başa çatıb.
"Unikal" xəbər verir ki, görüş Türkiyənin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 50-ci dəqiqədə Hakan Çalhanoğlu açıb. 66-cı dəqiqədə isə Çexiyanın heyətində Tomaş Souçek tablodakı rəqəmləri eyniləşdirib. Matçın yekun nəticəsini 90+5-ci dəqiqədə Cenk Tosun müəyyənləşdirib.
Qrupun digər görüşündə isə Gürcüstan seçməsi Portuqaliyanı 2:0 hesabı ilə məğlub edib. Bu nəticədən sonra Portuqaliya qrupu (6 xal) lider olaraq bitirib. Eyni xala malik Türkiyə seçməsi isə ikinci olub və 1/8 finala vəsiqə qazanıb. Gürcüstan isə 4 xalla ən yaxşı qrup üçüncülərindən biri kimi növbəti mərhələyə adlayıb.
Türkiyə 1/8 finalda Avstriya yığması ilə qarşılaşacaq. Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İspaniya, İtaliya, Avstriya, Fransa, Niderland, İngiltərə, Danimarka,Rumıniya, Belçika və Slovakiya milli komandaları 1/8 finala vəsiqə əldə ediblər.
*** 00:29
Almaniyada keçirilən Avropa çempionatının F qrupunun son turunda üz-üzə gələn Çexiya və Türkiyə yığmaları arasındakı oyunda ikinci qol vurulub.
"Unikal" xəbər verir ki, oyunun 66-cı dəiqəqəsində Çexiyanın heyətində Tomaş Souçek hesabı bərabərləşdirib.
Qeyd edək ki, görüşü rumıniyalı referi İştvan Kovaç idarə edir.
*** 00:18
Almaniyada keçirilən Avropa çempionatının F qrupunun son turunda üz-üzə gələn Çexiya və Türkiyə yığmaları arasındakı oyunda hesab açılıb.
"Unikal" xəbər verir ki, oyunun 50-ci dəqiqəsində Hakan Çalhanoğlu hesabı açıb.
Görüşü rumıniyalı referi İştvan Kovaç idarə edir.
*** 23:55
Almaniyada keçirilən Avropa çempionatının F qrupunun son turunda üz-üzə gələn Çexiya və Türkiyə yığmaları arasındakı oyunun birinci hissəsi başa çatıb.
"Unikal" xəbər verir ki, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
Görüşü rumıniyalı referi İştvan Kovaç idarə edir.
*** 23:40
Çexiya millisi Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunun III turunda Türkiyə ilə matçında azlıqda qalıb.
"Unikal"ın məlumatına görə, 20-ci dəqiqədə Antonin Barak ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
*** 23:03
Almaniyada keçirilən Avropa çempionatının F qrupunun son turunda üz-üzə gələn Çexiya və Türkiyə yığmaları arasındakı oyun başlayıb.
"Unikal" xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Görüşü rumıniyalı referi İştvan Kovaç idarə edir.
*** 22:25
Almaniyada keçirilən Avropa çempionatının F qrupunun son turunda üz-üzə gələcək Çexiya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb.
"Unikal" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matça aşağıdakı heyətlərlə çıxacaqlar:
Çexiya: Stanek; Holeç, Hranaç, Krejçi; Kufal, Souçek, Barak, Provod,Jurasek, Hloçek, Çitil
Baş məşqçi: İvan Hasek
Türkiyə: Mərt Günok, Mert Müldür, Merih Dəmiral, Salih Özcan, Ferdi Kadıoğlu, Samət Akaydın, Hakan Çalhanoğlu, İrfan Can Kahvəci, Arda Gülər, Kenan Yıldız, Barış Alpər Yılmaz
Baş məşqçi: Vinçentso Montella.
*** 11:55
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq.
"Unikal" xəbər verir ki, E və F qruplarında ümumilikdə 4 oyun baş tutacaq.
E qrupunda Rumıniya millisi Slovakiya ilə, Belçika yığması Ukrayna ilə qarşılaşacaq. İlk iki turdan sonra bütün dörd komandanın hər birinin aktivində 3 xalı var. Odur ki, bu qrupda bütün suallara məhz sonuncu turda aydınlıq gələcək.
F qrupunda isə Türkiyə seçməsi Çexiyanı, Portuqaliya kollektivi isə Gürcüstanı sınağa çəkəcək. Hazırda Portuqaliya 6 xalla qrup lideridir və 1/8 finala vəsiqəni təmin edib. Türkiyə 3 xalla ikincidir. "Ay-ulduzlular"a qrupdan çıxmaq üçün 1 xal da kifayət edəcək. Digər iki yığmanın isə 1 xalı var və onların da pley-offa adlamaq şansları davam edir.
Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İspaniya, İtaliya, Avstriya, Fransa, Niderland, İngiltərə və Danimarka milli komandaları 1/8 finala vəsiqə əldə ediblər.