Sevgilisinin əl-ayağını bağlayaraq qətlə yetirən, daha sonra isə onu meşədə basdıran türkiyəli müğənni Seçil Çiftçi ilə bağlı məhkəmə hökmü elan edilib.
"Unikal" xəbər verir ki, ifaçı və atası Cemal Çiftçi ömürlük həbs cəzasına məhkum ediliblər.
Seçil cəzasını ağır, atası isə yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Seçil Çiftçi Semih Sevimin onu tez-tez narahat etdiyini, əslində öldürmək fikrində olmadığını deyəərk özünü müdafiə etməyə çalışıb.