Mingəçevirdə toyda iştirak edən şəxs  ölüb.

"Unikal"ın məlumatına görə, hadisə "Zümrüd" şadlıq sarayında baş verib.

Belə ki, toyda işrirak  edən 1968-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Rafael  Əsgərovun qəfil halı pisləşib və oradaca dünyasını dəyişib.

Əldə edilən məlumata görə, ölümə ürək çatışmazlığı səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov