İran hərbçiləri ölkədə keçirilən prezident seçkiləri zamanı terror aktları törətməyi planlaşdıran terrorçuları saxlayıb.
"Unikal" xəbər verir ki, bunu IRIB telekanalına açıqlamasında İranın daxili işlər nazirinin müavini Məcid Mirəhmədi deyib.
Mirəhmədinin sözlərinə görə, terrorçular ölkəyə seçkilərdən əvvəl daxil olub. Onlar hərbçilər tərəfindən saxlanılıb.
Bildirilib ki, saxlanılan şəxslər İslam Respublikasında qeyri-sabitlik mühiti yaratmaq və insanları seçki məntəqələrinə getməkdən çəkindirmək məqsədilə terror əməliyyatları həyata keçirməyə hazırlaşırmış.