AK Partiya (Ədalət və İnkişaf Partiyası) sözçüsü Ömər Çelik aparıcı ilə ailə həyatı qurmağa hazırlaşır.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, "BengüTürk TV"də aparıcılıq edən Ecem Toplar ilə evlənir.
Hələlik məsələ ilə bağlı tərəflərdən heç bir açıqlama verilməyib.
"BengüTürk TV"nin MHP-yə (Milliyətçi Hərəkat Partiyası) yaxınlığına görə Çelik və Topların evliliyi siyasi kulisdə “Xalq ittifaqı içərisində qız övladının alınması” kimi şərh edilib.
Diplomatik müxbir olan Ecem Toplar ilə AK Partiya sözçüsü Ömər Çelik Prezident Ərdoğanın xarici səfərlərində tanış olublar.