Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi Şimal-Cənub dəhlizi layihəsinin inkişafını müzakirə etməyə dəvət edib.
"Unikal" xəbər verir ki, bu barədə O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Astanada keçirilən görüşü zamanı deyib.
"İnfrastruktur sahəsindəki planlarımızı qeyd etmək istərdim və təbii ki, indi hamıya məlum olan Şimal-Cənub magistralı burada birinci yerdədir, ümid edirəm ki, biz də bu barədə bir neçə söz deyəcəyik", - Putin qeyd edib.
Rusiya lideri həmçinin İlham Əliyevin Azərbaycanda rus dilinə şəxsi diqqətini də qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda rus dilini tədris edən 300-dən çox məktəb var. Putin bildirib ki, bu, gələcəkdə iki ölkə arasında münasibətlərin inkişafı üçün zəmin yaradır.
Ağarza Elçinoğlu