"Aztəminatlı insanlara, həssas kateqoriyadan olan şəxslərə ictimai nəqliyyatda müəyyən imtiyazlar düşünülməlidir. Əks halda sıxıntı yaşaya bilərlər".

Bunu "Unikal"a açıqlamasında deputat Fazil Mustafa deyib. O bildirib ki, bu kateqoriyadan olan insanlarla bağlı konkret addımlar atılmalıdır:

"Onların hansısa formada konpensasiya və yaxud endirimli tariflər formasında ictimai nəqliyyatdan istifadə etməsi nəzərdə tutula bilər. Çox sayda insan var ki, onlar ancaq ictimai nəqliyyatdan istifadə edir və başqa alternativləri yoxdur. Bu imkanları olmayanda isə gediş-gəlişdə sıxıntı yaşayırlar".

Anar Kəlbiyev