28 oktyabr 2023-cü ildə Malibudakı evinin cakuzisində ölü tapılan "Friends" serialının ulduzu Metyu Perrinin sərvəti üzə çıxıb.

"Unikal" xəbər verir ki, aktyorun ölümü ilə bağlı araşdırmalar davam edərkən, onun sərvətinin 1,5 milyon olduğu məlum olub. Ölümündən əvvəl aktyor sərvətini "Vudi Allenin Annie Hall" filmindəki personajından sonra yaradılan dəyəri 120 milyon dollardan çox olan "Alvy Singer Living Trust" fonduna bağışlamışdı.

Son məhkəmə sənədlərinə görə, Perrinin sərvəti 1,5 milyon dollar elan edildikdən sonra o, hazırda dəyəri 120 milyon dollardan çox olan fondun bir hissəsi olub.

Zərifə Nağıyeva