Anadolu Baş Prokurorluğu türkiyəli sosial media fenomeni Dilan Polata qarşı təşkilat yaratmaq, pulların yuyulması və qanunsuz mərc oyunları ittihamı ilə 27 il həbs istəyib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Xatırladaq ki, 1 noyabr 2023-cü il tarixində İstanbul daxil olmaqla 6 vilayətdə həyata keçirilən əməliyyatlarda aralarında Dilan Polat və əri Engin Polatın da olduğu 24 şübhəli saxlanılıb. 5 noyabr 2023-cü ildə Dilan Polat, Engin Polat və Sıla Doğu da daxil olmaqla 16 nəfər həbs edilib.