Almaniyanın Gelzenkirxen şəhəri “Eras Tour” çərçivəsində ora səfər edəcək amerikalı müğənni Teylor Sviftin şərəfinə müvəqqəti olaraq adlandırılacaq.
"Unikal" xəbər verir ki, bu barədə “Spiegel” yazır.
Qeyd olunur ki, bu ideya bir neçə həftə əvvəl petisiya yaradan və şəhərin adının Swiftkirchen dəyişdirilməsini təklif edən yerli məktəbli qıza məxsusdur. Şəhərin meri Karin Velge qızın ideyasını dəstəkləyib və şəhərin adının müvəqqəti olaraq dəyişdiriləcəyini bildirib. Jurnalın yazdığı kimi, şəhərin tam mərkəzində yeni adı olan lövhə quraşdırılacaq. Bundan əlavə, yerli administrasiya şəhərin ən çox ziyarət edilən yerlərində daha bir neçə lövhənin quraşdırılacağını da bildirib. Superulduzun gəlişi ərəfəsində şəhər onun şərəfinə tramvay da işə salıb.
Gelzenkirxendəki konsertlər iyulun 17-dən 19-dək baş tutacaq, Almaniyada Eras Turunu açacaqlar.