SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Açıq qapı” günü keçirilib. I və II ixtisas qrupları üzrə imtahan vermiş abituriyentlər, o cümlədən IX və X sinif şagirdləri və onların valideynləri iştirak ediblər. 

"Unikal" xəbər verir ki, görüş zamanı BANM-in rektoru Elmar Qasımov Ali Məktəbin üstünlükləri barədə ətraflı məlumat verib, SOCAR rəhbərliyinin diqqət və qayğısı sayəsində tələbələr üçün hər cür şərait yaradıldığını vurğulayıb. Rektor Ali Məktəb haqqında iştirakçıların suallarını cavablandırıb. 

İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Kimya mühəndisliyi, Neft-qaz mühəndisliyi və Biznesin idarə edilməsi ixtisaslarında təhsil alan tələbələrin təhsil və tələbəlik həyatı barədə təqdimat edilib. 

Sual-cavab sessiyasından sonra kampus turu təşkil olunub.