İran nümayəndə heyəti mərhum prezident İbrahim Rəisinin portretini ŞƏT sammitinə aparıb.

"Unikal" xəbər verir ki, bu barədə "Telegram" kanallarında görüntülər paylaşılıb. 

Xatırladaq ki, İran prezidenti İbrahim Rəisini daşıyan helikopter mayın 19-da ölkənin Vərziqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində ölkə prezidenti ilə yanaşı xarici işlər naziri Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhməti, Təbrizin imamı Məhəmməd Əli Haşemi və onları müşayiət edən digər şəxslər həlak olublar.