Harvard Xalq Sağlamlığı Məktəbinin alimi T.H Çan müəyyən edib ki, minnətdar olan yaşlı yetkinlərin hər hansı bir səbəbdən ölüm riski azalır.

"Unikal" xəbər verir ki, araşdırmanın nəticələri "JAMA Psychiatry" jurnalında dərc olunub.

Araşdırmada 49 min qadın iştirak edib. Subyektlərin orta yaşı 79 idi. Tədqiqatçılar iştirakçıların səhhəti haqqında məlumat toplayıb və onlardan altı sualdan ibarət minnətdarlıq testindən keçmələrini istəyiblər. Subyektlərdən “minnətdar olacağım çox şey var” kimi bir neçə ifadə ilə razılaşmaq və ya razılaşmamaq istənilib. Cavabları aldıqdan sonra alimlər könüllülərin təxminən üç il davam edən müşahidə dövrünə başlayıblar.

Müşahidə dövründə 4600 iştirakçı dünyasını dəyişib. Tədqiqatçılar müəyyən ediblər ki, ən yüksək minnətdarlıq səviyyəsinə malik insanların hər hansı səbəbdən ölüm riski minnətsiz olanlarla müqayisədə daha azdır. Tədqiqatçıların fikrincə, minnətdarlıq ürək xəstəlikləri, tənəffüs və neyrodegenerativ xəstəliklər, müxtəlif infeksiyalar və xəsarətlər səbəbindən ölüm ehtimalını azaldır.

Gülayə Mecid