Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinə müdir təyin olunub.

"Unikal" xəbər verir ki, bununla bağlı Agentliyin direktoru Ülkər Səttarova müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mübariz Qafarşah oğlu Hacıbəyov Agentliyin Elmi müəssisələrlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, M.Hacıbəyov bu təyinatadək Elm və Təhsil Nazirliyinin tabeliyində olan Riyaziyyat və Mexanika İnstitutunda çalışıb və Milli Aviasiya Akademiyasında Ali riyaziyyat kafedrasının professoru vəzifəsini icra edib.