Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam etdirilir.  

"Unikal" xəbər verir ki, bu istiqamətdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Mehdi Hüseyn və Teymur Elçin küçələrində aparılan  təmir işləri yekunlaşıb.

Təmir çərçivəsində hər iki küçədə frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub. Bu işlərə paralel olaraq küçələrdə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunub. 

Son mərhələdə üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunan küçələr müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.