Amerikanın Massaçusets Universitetinin alimləri müəyyən ediblər ki, saunadan istifadə menopoz zamanı çəki artımının qarşısını alır. 

"Unikal" xəbər verir ki, araşdırmanın nəticələrini “Health News” nəşrində dərc olunub. 

Alimlər izah ediblər ki, menopozun başlaması (qadınlarda menstruasiyanın dayandırılması) təbii bir prosesdir və bu zaman yuxunun pozulması və çəki artımı kimi bir çox simptomlarla müşayiət oluna bilir. Bəzi araşdırmalar göstərir ki, qadınlar menopoza girən zaman hətta artıq çəki də qazanırlar.

Mütəxəssisləri hesab edirlər ki, qadın hormonlarının səviyyəsinin aşağı düşməsi, əzələ kütləsinin azalması və təbii yaşlanma orqanizmdə çəki artımına səbəb olan metabolik dəyişikliklərə səbəb olur. Bu səbəbdən də sauna kimi fəaliyyətlərin qadınlarda artıq çəkinin qarşısını aldığı müşahidə edilib.

Zərifə Nağıyeva