Kanadalı müğənni Castin Biber Asiyanın ən varlı adamı Mukeş Ambaninin oğlu Anant və Radhika Merçantın toyunda çıxış etmək üçün Hindistana gedib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Ambani ailəsi Castin Biberə ifasına görə 10 milyon dollar ödəyib.

Toyda Adel, Dreyk və Lana Del Rey də iştirak edəcəklər. 

Cütlüyün toyu iyulun 12-də Mumbayda baş tutacaq.