Amerikalı reper Şon Diddi Kombsun vəkilləri Nyu-Yorkun Cənub Dairəsindəki federal hakimiyyət orqanlarından onun barədə cinayət təhqiqatı aparıldığı barədə bildiriş alıblar.
"Unikal" xəbər verir ki, reperin vəkilləri ona qarşı ittiham irəli sürüləcəyinə tam əmin olmadığını deyillər.
Qeyd edək ki, 2023-cü ilin noyabrından bəri Diddi barədə 6 cinsi təcavüz iddiası qaldırılıb. Hip-hop ifaçısı həmçinin insan alverində və qisas almaq üçün intim videolar dərc etməkdə şübhəli bilinir.